CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus həngaməsi bəs etmədi, özü "oyuna gəldi"

© AFP 2024 / JOEL SAGETДжойстик Playstation 4, фото из архива
Джойстик Playstation 4, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Play station" salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.

BAKI, 9 aprel — Sputnik. Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən "play station" oyun zalı aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq "play station" salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı içərilərində yetkinlik yaşına çatmayan şəxs də olan 3 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və 3 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə gətiriliblər.

© AR Ministry of Internal AffairsBinəqədidə karantin qaydalarını pozan şəxslər
Koronavirus həngaməsi bəs etmədi, özü oyuna gəldi - Sputnik Azərbaycan
Binəqədidə karantin qaydalarını pozan şəxslər

Xüsusi karantin qaydalarını pozan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, "play station" salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.

Xəbər lenti
0