Rusiya Sarqsyanı ekstradisiya edəcək

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sarqsyan mütəşəkkil qrup tərəfindən törədilmiş soyğunçuluqda iştirak etməkdə şübhəli bilinərək 2018-ci il oktyabrın 1-də axtarışa verilib

BAKI, 8 aprel — Sputnik. Rusiya Baş Prokurorluğu soyğunçuluqda iştirakına görə axtarışa verilmiş Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarqsyanın (rusdilli mediada onun soyadını Sarkisyan kimi göstərirlər) Ermənistana ekstradisiyası barədə qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır.

2019-cu ilin noyabrında Ermənistan polisinin mətbuat xidməti Sarqsyanın Moskvanın Zelenoqrad inzibati dairəsində saxlanıldığını bildirib. Sarqsyan cinayətkar qruplaşmada iştirak etməkdə, eləcə də xüsusilə böyük ölçüdə əmlakın oğurlanması məqsədilə mütəşəkkil qrup tərəfindən törədilmiş soyğunçuluqda iştirak etməkdə şübhəli bilinərək 2018-ci il oktyabrın 1-də Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu maddələr üzrə maksimum cəza 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Sarqsyan Ermənistan parlamentinin bir neçə çağırışının deputatı, eləcə də Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü idi.

 

Xəbər lenti
0