Qərb qonşularımızda koronavirusla bağlı son durum

© Sputnik / Alexander ImedashviliВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb

BAKI, 8 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 208-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Virusa yoluxan şəxslərdən 46-sı sağalıb. Hazırda bu ölkədə 4674 nəfər karantində, 362 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır. Ümumilikdə COVID 2019 xəstəliyindən bu ölkədə 3 nəfər vəfat edib.

Ermənistanda isə koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb. Bundan əlavə, son sutka ərzində bu ölkədə bir nəfər ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0