BAKI, 8 aprel — Sputnik. Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.
Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazilərin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Eyni zamanda, qeyd edilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.