CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azadlıq istəyirdilər, həbsə düşdülər

© REUTERS / AZIZ KARIMOV Сотрудники правоохранительных органов стоят на страже на улице в Баку
 Сотрудники правоохранительных органов стоят на страже на улице в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Polis tərəfindən son 24 saat ərzində 3073 nəfər xüsusi karantin rejimi qaydalarını pozub, onlardan 12 nəfəri həbs olunub

 

BAKI, 8 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün  Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərərgahın brifinqində söyləyib. Onun sözlərinə görə, polis tərəfindən son 24 saat ərzində 3073 nəfər xüsusi karantin rejimi qaydalarını pozub. Onlar inzibati qaydada protokol tərtib edilərək cərimələniblər, 12 nəfər isə inzibati qaydada həbs edilib.

Xəbər lenti
0