İran səfiri Azərbaycana minnətdarlıq etdi

© SputnikЗдание посольства Ирана в Баку
Здание посольства Ирана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. İran səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat səfirliyin "Twitter" səhifəsində yerləşdirilib.

"Səfir Cavad Cahangirzadə COVID-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) yüksək qiymətləndirir, bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir", - deyə səfirliyin məlumatında bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0