FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Paytaxt karantin rejiminin sərtləşməsindən sonra

Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri tətbiq edib. 

Bu qaydaların tətbiqindən sonra bir qrup şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında, digər qrup şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra küçəyə çıxmasına icazə verilir. 

Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu məhdudiyyətlərə riayət edənlər də var, onları pozanlar da. Sputnik Azərbaycan qeyd olunan qayda qüvvəyə mindikdən sonra paytaxtdakı durumu lentə köçürüb.

© Sputnik / Murad OrujovBu küçədə az da olsa, hərəkətlilik var
На одной из улиц Баку - Sputnik Azərbaycan
1/21
Bu küçədə az da olsa, hərəkətlilik var
© Sputnik / Murad OrujovKarantin günlərində ən vacib işlərdən biri dezinfeksiyadır
Работы по дезинфекции - Sputnik Azərbaycan
2/21
Karantin günlərində ən vacib işlərdən biri dezinfeksiyadır
© Sputnik / Murad OrujovBu şəxsin əlində əlcək də olsa, heç pis olmaz
Maska taxmış kişi. arxiv şəkli - Sputnik Azərbaycan
3/21
Bu şəxsin əlində əlcək də olsa, heç pis olmaz
© Sputnik / Murad OrujovSərnişindaşıma şirkətləri öz işlərini adi qaydada olmasa da, davam etdirirlər
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
4/21
Sərnişindaşıma şirkətləri öz işlərini adi qaydada olmasa da, davam etdirirlər
© Sputnik / Murad OrujovGünəş o binaların arxasından boylanaraq insanlara həyatın davam etdiyi ümidini verir
Вид на центральный парк в Баку. фото из архива - Sputnik Azərbaycan
5/21
Günəş o binaların arxasından boylanaraq insanlara həyatın davam etdiyi ümidini verir
© Sputnik / Murad OrujovBakıda karantin qaydaları sərtləşdirilib
Пешеход, фото из архива - Sputnik Azərbaycan
6/21
Bakıda karantin qaydaları sərtləşdirilib
© Sputnik / Murad OrujovBura görünüşündən Şəmsi Bədəlbəyli küçəsinə bənzəyir
Девушка в маске в Баку, фото из архива - Sputnik Azərbaycan
7/21
Bura görünüşündən Şəmsi Bədəlbəyli küçəsinə bənzəyir
© Sputnik / Murad Orujovİndi paytaxt küçələrində oksigen bolluğudur
Пустая улица в Баку, фото из архива - Sputnik Azərbaycan
8/21
İndi paytaxt küçələrində oksigen bolluğudur
© Sputnik / Murad OrujovBu qızıl, gümüş indi kimə lazımdır?
Военнослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
9/21
Bu qızıl, gümüş indi kimə lazımdır?
© Sputnik / Murad OrujovHeç də ürəkaçan mənzərə deyil
Пустая улица в Баку, фото из архива - Sputnik Azərbaycan
10/21
Heç də ürəkaçan mənzərə deyil
© Sputnik / Murad OrujovPaytaxtda hərbçilərlə polisin birgə patrulu
Военнослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
11/21
Paytaxtda hərbçilərlə polisin birgə patrulu
© Sputnik / Murad OrujovYaşlı qadın yəqin ki, bu işlərinin sonunun necə olacağını fikirləşir
Женщина в маске в Баку, фото из архива - Sputnik Azərbaycan
12/21
Yaşlı qadın yəqin ki, bu işlərinin sonunun necə olacağını fikirləşir
© Sputnik / Murad OrujovVətəndaş polis əməkdaşına küçəyə çıxmasına icazə verən sənədi göstərir
Контроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку  - Sputnik Azərbaycan
13/21
Vətəndaş polis əməkdaşına küçəyə çıxmasına icazə verən sənədi göstərir
© Sputnik / Murad OrujovBaşqa vaxt yəqin ki, burada siqnal səsindən qulaq tutulurmuş
Парень в маске в Баку, фото из архива - Sputnik Azərbaycan
14/21
Başqa vaxt yəqin ki, burada siqnal səsindən qulaq tutulurmuş
© Sputnik / Murad OrujovBalaca gördüyü mənzərəni uzun müddət, bəlkə də heç vaxt unutmayacaq
Женщина с ребенком в маске в Баку, фото из архива - Sputnik Azərbaycan
15/21
Balaca gördüyü mənzərəni uzun müddət, bəlkə də heç vaxt unutmayacaq
© Sputnik / Murad OrujovBu skamyalarda əyləşməyin vaxtı elə indi idi
На одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
16/21
Bu skamyalarda əyləşməyin vaxtı elə indi idi
© Sputnik / Murad OrujovYəqin ki, bu it də küçələrin belə böş olmasından heyrətə gəlib
Мужчина с собакой в Баку, фото из архива - Sputnik Azərbaycan
17/21
Yəqin ki, bu it də küçələrin belə böş olmasından heyrətə gəlib
© Sputnik / Murad OrujovSolda görünən "Dayan" işarəsini koornavirusa göstərmək lazımdır
Мотокурьеры в Баку, фото из архива - Sputnik Azərbaycan
18/21
Solda görünən "Dayan" işarəsini koornavirusa göstərmək lazımdır
© Sputnik / Murad OrujovSərt karantin bu küçədə də əvvəllər görmədiyimiz mənzərəni yaradıb
Пустая улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
19/21
Sərt karantin bu küçədə də əvvəllər görmədiyimiz mənzərəni yaradıb
© Sputnik / Murad OrujovBelə görünür ki, bu küçədən avtomobillə keçmək elə indi də çətindir
Одна из улиц в Баку - Sputnik Azərbaycan
20/21
Belə görünür ki, bu küçədən avtomobillə keçmək elə indi də çətindir
© Sputnik / Murad OrujovDigər peşə sahiblərindən fərqli olaraq, kuryerlərin işləri bu günlər lap çoxalıb
Мотокурьеры в Баку, фото из архива - Sputnik Azərbaycan
21/21
Digər peşə sahiblərindən fərqli olaraq, kuryerlərin işləri bu günlər lap çoxalıb
Xəbər lenti
0