BAKI, 8 aprel — Sputnik. Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan məlumat verilib.
Xəbərdə qeyd edilir ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Belə ki, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.