BAKI, 7 aprel — Sputnik. Çinin materik hissəsində bir sutka ərzində heç kim COVİD-19 virusundan ölməyib. Belə hal yanvar ayından bəri ilk dəfə qeydə alınıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 24 saat ərzində ölkədə 32 yeni yoluxma halı qeydə alınıb ki onunda hamısı xarici ölkələrdən gələn şəxslərdə aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.