Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 19-dan paytaxta rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb. Martın 24-də xüsusi karantin rejimi tətbiq olunandan avtonəqliyyat vasitələrinin paytaxta girişinə və çıxışına qadağa qoyulub. Həmçinin xüsusi icazə olmadan avtomobillərin rayonlarda da hərəkəti qadağan edilib.
Yol polisi əməkdaşlarının istənilən nəqliyyat vasitəsini karantin rejiminə riayət olunub-olunmamasını yoxlamaq üçün hüquqları var.
DİN-dən verilən məlumata əsasən, ötən vaxt ərzində yol polisi 1499 nəfəri karantin rejiminin qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edib. Onların cəriməsi 100 manatdır.