Tramp tibb şirkətlərindən Boris Conson üçün kömək istədi

© REUTERS / JOSHUA ROBERTSПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Conson bazar ertəsi axşam saatlarında vəziyyətinin pisləşməsi səbəbindən intensiv terapiya palatasına köçürülüb.

BAKI, 7 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirusdan müalicəsi üçün tibb şirkətlərindən kömək istəyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu şirkətlərin adını açıqlamayıb və onların "mürəkkəb" bir müalicəyə malik olduğunu deyib. 

"Biz Borisin bütün həkimləri ilə əlaqə saxladıq. Görək nə baş verir, amma onlar başlamağa hazırdırlar", - Tramp bildirib.

"Borisin məsələsində biz Londonla işləyirik", - Tramp deyib.

Conson bazar ertəsi axşam saatlarında vəziyyətinin pisləşməsi səbəbindən intensiv terapiya palatasına köçürülüb. Koronavirusa yoluxduqdan sonra Consonun 10 gün ərzində öskürəyi və yüksək temperaturu keçmədiyindən onu Londonun mərkəzindəki xəstəxanaya aparıblar.

Xəbər lenti
0