Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Prezident koronavirusla mübarizəyə dair yeni sərəncam imzaladı

Abunə olmaq
Koronavirusa görə modul tipli 6 xəstəxana quraşdırılacaq, Prezident bu məqsədlə 14.8 milyon manat ayırıb

BAKI, 7 aprel — Sputnik. Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə qərara alıram:

1. Hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Xəbər lenti
0