Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi

© AFP 2024 / MLADEN ANTONOVКошка в очках, фото из архива
Кошка в очках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dron köməyi ilə pişiyini xalta ilə gəzdirən şəxs aşkar edilib. Yoxlama zamanı məlum olub ki, o, evdən çıxmaq üçün vacib olan sənədi özü ilə götürməyib.

BAKI, 7 aprel — Sputnik. Fransanın cənubundakı Qar departamentinin sakini pişiyini xalta ilə gəzdirərkən karantini pozduğuna görə cərimələnib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "20 Minutes" saytı yazır. 

Koronavirusun sürətlə yayılması fonunda Fransanın hakimiyyət orqanlarının qərarı ilə ölkədə kafelər, restoranlar, kinoteatrlar və qeyri-ərzaq mağazaları bağlanıb. Martın 17-dən etibarən insanların hərəkətinə ciddi məhdudiyyətlər tətbiq edilib, məhdudiyyətləri pozanlar isə cərimələnir.

Bu tədbirlərə riayət olunmasına nəzarət etmək üçün Qar departamentinin jandarmı drondan istifadə edir.

"Dronun köməyilə pişiyini xalta ilə gəzdirən şəxs aşkar edilib. Pişik sanki xalta ilə gəzməyə öyrəşmiş görünməyib", - sayt izah edir.

Yoxlama zamanı məlum olub ki, Qro-dü-Rua kommunasının sakini evdən istənilən məqsədlə çıxmaq, o cümlədən ev heyvanlarını gəzdirmək üçün vacib olan sənədi özü ilə götürməyib. Pişik ilə gəzinti onun sahibinə 135 avro cəriməyə başa gəlib.

Xəbər lenti
0