CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə itkin düşən şəxs axtarılır

© pixabay / StockSnapİnsan kölgəsi, arxiv şəkli
İnsan kölgəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elsevər Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları isə ağ-qara rəngdədir.

BAKI, 7 aprel — Sputnik. Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, E. Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

© AR Ministry of Internal AffairsElsevər Sadıxov
Gəncədə itkin düşən şəxs axtarılır - Sputnik Azərbaycan
Elsevər Sadıxov

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-266-33-75 şəhər və (055) 687-13-73 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0