BMT-nin baş katibi tibb işçilərinə müraciət etdi

© REUTERS / Carlo AllegriГенсек ООН Антониу Гутерреш
Генсек ООН Антониу Гутерреш  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü risk altına ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankındən daha da çox minnətdarıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciət yayıb.

Sputnik Azərbaycan-a daxil olan müraciət mətnində deyilir:

"Bu il Ümumdünya Sağlamlıq Günü hamımız üçün çox çətin bir vaxtda qeyd edilir. Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mama-ginekoloqlar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçılar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm.

Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə altına ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankındən daha da çox minnətdarıq.

2020-ci il Beynəlxalq tibb bacısı və mama-ginekoloqlar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacılarının və mama-ginekoloqlara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir.

Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər.

Mama-ginekoloqlar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mama-ginekoloqlarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq. Hər gün və hər yerdə etdiyiniz müsbət dəyişikliklərə görə təşəkkür edirik".

Xəbər lenti
0