"Tunelin sonunda işıq". Tramp koronavirusdan sonrakı günlərdən danışdı

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı vəziyyətdə "tunelin sonunda işıq" görməyə başladığını deyir.

BAKI, 6 aprel — Sputnik. Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, Tramp yaxın vaxtlarda koronavirusla mübarizəyə yönəlmiş tədbirlərlə fəxr etməyin mümkün olacağına ümidini ifadə edib.

"Biz tunelin sonunda işıq görməyə başlayırıq", – amerikalı lider bildirib.

Bundan əlavə, Donald Tramp Nyu-Yorkda koronavirusdan ölüm hallarının azalması barədə məlumatları yaxşı əlamət adlandırıb.

ABŞ koronavirusa yoluxma halları üzrə dünyada birinci yeri tutur. Hazırda bu rəqəm 335 mindən çoxdur. ABŞ-da koronavirusdan artıq 9,5 min nəfər ölüb, 17 mindən çox xəstə sağalıb.

2019-cu il dekabrın sonunda Çin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması haqqında xəbər verib. Sonradan rəsmi olaraq COVID-19 adı verilmiş xəstəliyə yeni tip SARS-CoV-2 koronavirusunun səbəb olduğu aşkar edilib. Əsasən hava-damcı yolu ilə ötürülən yeni tip koronavirus yüksək yoluxdurma səviyyəsi ilə seçilir.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Xəbər lenti
0