BAKI, 6 aprel — Sputnik. Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İlk olaraq Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxılacaq.
İkinci oxunuşda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunlara, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə dəyişikliklər müzakirə ediləcək.
İkinci oxunuşda "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyə baxılacaq.