Koronavirus dünyada hansı siyasi dəyişikliklərə səbəb ola bilər – politoloq şərh edir

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, fövqəladə hallarda dünya səhiyyə sisteminin çevik işləməsinə ehtiyac var
İlqar Vəlizadə: “Elektron sistemlərin təkmilləşdirilməsi zərurəti ortaya çıxdı”

“Təəssüflər ki, koronavirusla mübarizədə atılan addımlar müsbət nəticə vermir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, pandemiya hələ pik həddə çatmayıb və bir çox ölkələr bunu gözləyərək tədbirlər görürlər:

“Bəşəriyyət misli görülməmiş problemlə üzləşib. Pandemiya cəmiyyətin bütün sferalarında öz təsirini göstərib. Koronavirus pandemiyası göstərdi ki, siyasətdə, iqtisadiyyatda və digər sahələrdə dəyişikliklərin edilməsi zəruridir. Belə fövqəladə hallarda dünya səhiyyə sisteminin çevik işləməsinə ehtiyac var. Hazırda hər ölkə pandemiyaya qarşı öz gücünə mübarizə aparır. Pandemiyaya qarşı ümumdünya sistemi yaranmalıdır. Bu pandemiya elektron sistemlərin önəmini bir daha göstərdi və onun təkmilləşdirilməsinin zərurətini ortaya çıxardı”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0