CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İkincini gözləməyin: İcazə üçün ismarışların məzmunu dəyişdirildi

© © Sputnik / Elvin AhmadСообщение от службы 8103
Сообщение от службы 8103 - Sputnik Azərbaycan
Abunə olmaq
Sistemə müraciətlərin qəbul olunduğu ilk gün aparılan təhlillər göstərdi ki, təsdiq mesajını aldıqdan sonra bəzi vətəndaşlarımız növbəti mesajın da gələcəyini gözləyirdilər

BAKI, 6 aprel — Sputnik. "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. ASAN XİDMƏT-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 556762 icazə qeydiyyata alınıb.

Həbs - Sputnik Azərbaycan
CƏMİYYƏT
İyirmi manatla sınanan tanışlıq: bu biznesə baş qoşmaq məsləhət deyil - VİDEO

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Sistemə müraciətlərin qəbul olunduğu ilk gün aparılan təhlillər göstərdi ki, təsdiq mesajını aldıqdan sonra bəzi vətəndaşlarımız növbəti mesajın da gələcəyini gözləyirdilər. Bu halın qarşısını almaq üçün məzmunda bir qədər dəyişiklik edildi. Hazırda cavab mesajı aşağıdakı məzmundadır:

Nümunə: 2-ci indeks üzrə müraciətiniz təqsdiqləndi. Artıq 2 saat müddətində yaşayış yerinizi tərk edə bilərsiniz.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Xəbər lenti
0