CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İllərlə sükan arxasına keçməyənlər birdən-birə həvəsə gəldilər

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
N.Allahyarova illərlə taksi fəaliyyəti göstərməyən və vəziyyətdən sui-istifadə etmək istəyənlərə xəbərdarlıq edib. O bildirib ki, seçim olacaq və hər kəsə fərqlənmə nişanı verilməyəcək

BAKI, 6 aprel — Sputnik. Bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 201 nəfər sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, həmin sürücülər ölkə ərazisində taksi fəaliyyətini davam etdirə bilərlər. "Regionlarda taksi fəaliyyəti göstərən sürücülər fərqlənmə nişanını əldə etmək üçün DANX-ın 11 regional bölməsinə müraciət edirlər. Bununla yanaşı, onlar "Azərpoçt"un regionlar üzrə olan mərkəz filiallarına yaxınlaşıb, vergilərini ödəyib fərqlənmə nişanı əldə edə bilərlər. Bundan sonra sürücülərin məlumatları Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "icaze.e-gov.az" portalına daxil ediləcək.

Bu, taksi sürücüsünün şəhərlərarası rahat fəaliyyəti üçündür. Sürücünün "Azərpoçt"a rahat gəlməsi üçün onun 1, 2, 3 rəqəmindən müvafiq olanını və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazıb 8103-ə göndərməsi lazımdır".

N.Allahyarova illərlə taksi fəaliyyəti göstərməyən və vəziyyətdən sui-istifadə etmək istəyənlərə xəbərdarlıq edib. O bildirib ki, seçim olacaq və hər kəsə fərqlənmə nişanı verilməyəcək.  Qurum rəsmisi qeyd edib ki, minimum son 6 ayda fərqlənmə nişanını alan sürücülərə icazələrin alınmasına üstünlük veriləcək.

Xəbər lenti
0