Zəhərli kometa Günəşə doğru uçur – astronomdan xəbərdarlıq

© Photo : Greg Ruppel/ESAКомета 21P снята в момент максимального приближения к Солнцу за 72 года
Комета 21P снята в момент максимального приближения к Солнцу за 72 года - Sputnik Azərbaycan
Abunə olmaq
Astronomun sözlərinə görə, mayın 24-də kometa Yerə 117 milyon kilometr məsafədə yaxınlaşacaq. Mayın 31-də isə kometa Günəşə 38 milyon kilometr məsafədə yaxınlaşacaq

BAKI, 5 aprel — Sputnik. Nüvəsində təhlükəli maddə - sian - olan "C/2019Y4 Atlas" kometası mayın sonunda Günəşə yaxınlaşacaq və Yerdən gözlə görünəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə astronom, Moskva planetariyasının əməkdaşı Lüdmila Koşman RİA Novosti-yə bildirib.

"Son yeddi il ərzində bu, səmamızda ən parlaq kometa ola bilər. Günəş küləyi səbəbindən onun quyruqları formalaşmağa başlayır — onlardan biri qazlardan, digəri tozdan ibarətdir. Onlar kometaya xüsusi görünüş verir", - alim bildirib.

Astronomun sözlərinə görə, mayın 24-də kometa Yerə 117 milyon kilometr məsafədə yaxınlaşacaq. Mayın 31-də isə kometa Günəşə 38 milyon kilometr məsafədə yaxınlaşacaq. Yəni o, Günəşə Merkuridən də yaxın olacaq.

"Bundan sonra nə olacağını ancaq proqnozlaşdırmaq olar", - Koşman bildirib.

Xəbər lenti
0