Tbilisidə taksi sürücülərindən misilsiz aksiya

© Photo : © courtesy of Faig HuseynovВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Könüllü-taksi sürücüləri və minik avtomobillərinin sahibləri getməyi planlaşdırdıqları yer, vaxt və maşındakı boş yerlərin sayı barədə məlumat paylaşaraq öz yardımlarını təklif edirlər.

BAKI, 5 aprel — Sputnik. Taksi sürücüləri və avtomobil sahibləri şəhərdə hərəkət ehtiyacı olan Tbilisi sakinlərinə könüllü pulsuz xidmət göstərmək məqsədilə Facebook sosial şəbəkəsində xüsusi qrup yaradıblar. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət, ümumi karantin və 21.00-dan 6.00-ya qədər komendant saatı tətbiq etməkdədir. Bununla bağlı, ictimai nəqliyyatın hərəkətinə də məhdudiyyətlər qoyulub, ölkədə avtobusların, marşrut taksilərinin fəaliyyəti dayandırılıb, metro bağlanıb. Yalnız minik avtomobillərinin və taksilərin sürücülərinə hərəkətə icazə verilir, bu şərtlə ki, avtomobildə üç nəfərdən çox adam ola bilməz, sürücünün yanındakı oturacaq isə boş olmalıdır.

Facebook sosial şəbəkəsində "Apar" adlı qrup yaradılıb və burada 18 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Arzu edən hər kəs onu paytaxtın bir rayonundan digərinə aparmaq xahişi ilə post yazır. Sonra vaxtı boş olan sürücü həmin sosial şəbəkə istifadəçisi ilə əlaqə saxlayaraq ona öz pulsuz yardımını təklif edir. Könüllü-taksi sürücüləri və minik avtomobillərinin sahibləri də getməyi planlaşdırdıqları yer, vaxt və maşındakı boş yerlərin sayı barədə məlumat paylaşaraq öz yardımlarını təklif edirlər.

Xəbər lenti
0