CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi  - Sputnik Azərbaycan
Abunə olmaq
"Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq"

BAKI, 5 aprel - Sputnik. Fövqəladə Hallar Nazirliyi vətəndaşlara respublikamızda koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq".

Xəbər lenti
0