CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub

© Sputnik / Rahim MuradovАвтомобиль дорожно-патрульной службы, фото из архива
Автомобиль дорожно-патрульной службы, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb.

BAKI, 5 aprel - Sputnik. Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki,  Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

"Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".

Xəbər lenti
0