CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska taxıb, sandılar ki, iş bitdi - FOTO

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslər var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  4 aprel — Sputnik. Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib.

© AR Ministry of Internal Affairs
Qaxda karantin rejimini pozan şəxs - Sputnik Azərbaycan
1/2
Qaxda karantin rejimini pozan şəxs
© AR Ministry of Internal Affairs
Qaxda karantin rejimini pozan şəxs - Sputnik Azərbaycan
2/2
Qaxda karantin rejimini pozan şəxs
1/2
Qaxda karantin rejimini pozan şəxs
2/2
Qaxda karantin rejimini pozan şəxs

Belə ki, rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən iki Qax rayon sakini - Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Xəbər lenti
0