CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sözə baxmayanların sonu: həbslər də var, cərimələr də

© Sputnik / Murad OrujovВоеннослужащий внутренних войск на центральных улицах в Баку
Военнослужащий внутренних войск на центральных улицах в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
DİN bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edir

BAKI, 4 aprel — Sputnik. Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Məlumata görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub.

DİN bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edir.

Xəbər lenti
0