Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Qaş düzəldən yerdə..." - İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir

© AFP 2024 / FARSHAD USYANБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin sözlərinə görə, xüsusilə heç bir halda "immuniteti artırmaq üçün" hidrogen peroksidi içmək olmaz.

BAKI, 4 aprel — Sputnik. Koronavirusdan qorunmaq üçün internetdə yayılmış bir sıra məsləhətlər təhlükəli ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim Mariya Blinova "Rossiyskaya Qazeta" nəşrinə müsahibəsində bildirib.

V.V. Vinoqradov adına Moskva Şəhər Klinik Xəstəxanasının həkimi Blinovanın sözlərinə görə, infeksiyanın qarşısını almaq üçün kağız dəsmallardan qoruyucu maskanın necə hazırlandığını göstərən video təlimatlara etibar etmək olmaz.

Elşad Məmmədov - Sputnik Azərbaycan
Koronavirusun iqtisadi təsirlərini necə azaltmaq olar – professor danışır

Blinova qeyd edir ki, koronavirusa yoluxmadan yalnız respirator xilas edə bilər, tibbi maska isə yalnız başqalarını yoluxdurmamaq üçün bir maneə kimi istifadə oluna bilər.

"İstənilən başqa məmulat isə nə sənin özünü, nə də başqalarını qoruyur", – həkim vurğulayıb.

Blinova bildirib ki, internetdə yayılmış bəzi məsləhətlər sağlamlıq üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, xüsusilə heç bir halda "immuniteti artırmaq üçün" hidrogen peroksidi içmək olmaz.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, bütün dünyada 900 mindən çox yoluxma halı qeydə alınıb, 46 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0