Gürcüstanda koronavirusdan ilk ölüm halı: azərbaycanlıların yaşadığı bölgədəndir

© Sputnik Aleksandr Imedashvili / Mediabanka keçidКарета скорой помощи в Грузии, фото из архива
Карета скорой помощи в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda fövqəladə vəziyyət elan olunaraq bütün ölkə ərazisində karantin tətbiq edilib

BAKI, 4 aprel — Sputnik. Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Sputnik Gürcüstan-ın məlumatına görə, Birinci universitet klinikasının başçısı Levan Ratiani koronavirus infeksiyasının törətdiyi ağır fəsadlar nəticəsində bir qadının dünyasını dəyişdiyini deyib.

“79 yaşı olan həmin qadın Marneuli-Bolnisi klasterindəndir. Onun əlavə ağır xəstəlikləri də vardı, ürək çatışmazlığından əziyyət çəkirdi”, - Ratiani bildirib.

Bu vaxtadək Gürcüstanda 156 nəfərdə koronavirus təsbit olunub, onlardan 28-i sağalıb.

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda fövqəladə vəziyyət elan olunaraq bütün ölkə ərazisində karantin tətbiq edilib. Martın 31-dən komendant saatı qüvvədədir: 21:00-dan 6:00-dək küçəyə çıxmaq qadağandır. Metro da daxil olmaqla ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bütün şəhərlərin giriş-çıxışlarında vətəndaşların hərəkətinə nəzarət etmək üçün blok-postlar qurulub.

Xəbər lenti
0