Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan turizmini necə qorumaq olar - Samir Dübəndi təklifləri açıqlayır

© Sputnik / Nigar IskanderovaDAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, pandemiyadan ən çox zərər çəkən müəssisələri və işini itirən vətəndaşları dəstəkləmək lazımdır
Samir Dübəndi: “Yeni turizm növləri və xidmətləri inkişaf etdirilməlidir”

“Azərbaycan turizm bazarında yaranmış vəziyyəti xilas etmək lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycanda yeni turizm növləri və xidmətləri inkişaf etdirilməlidir:

“Bu proses indiyə qədər də gedirdi. Biz koronavirusun yaratdığı problemlərin həlli istiqamətində təkliflərimizi hazırlamışıq. Bu gün pandemiyadan ən çox zərər çəkən müəssisələri və işini itirən vətəndaşları dəstəkləmək lazımdır. Həmçinin bu sahədə çalışanların banklara borclarının müvəqqəti dayandırılması kimi məsələlər təkliflərin içində əksini tapıb. Qeyd edim ki, bizim hazırladığımız təkliflər, demək olar ki, İqtisadiyyat Nazirliyinin hazırladığı təkliflər paketində yer alıb”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0