CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ərazisinə giriş-çıxış tam dayandırılır

© Photo : Pexels / Michael VershininСамолет в небе, фото из архива
Самолет в небе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tətbiq olunan bu tədbir koronavirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanmasına, yoluxan şəxslərin izolyasiya edilməsinə və s. xidmət edir

BAKI, 4 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Xəbər lenti
0