"Xəbərçilik" edən az idi, biri də cibimizdən çıxdı

© AFP 2024 / Spencer Platt / Getty ImagesОфис Google в Нью-Йорке, фото из архива
Офис Google в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət pandemiya ilə mübarizəyə dəstək üçün insanların haralara getdiyini göstərən hesabat yayacaq. Google coğrafi ərazilərə görə insanların hərəkətlərini izləyəcək və hesabat yayacaq

BAKI, 4 aprel — Sputnik. Google şirkəti koronavirus ilə mübarizə çərçivəsində 131 ölkə və bölgədə insanların hərəkətləri ilə bağlı topladığı məlumatları ictimaiyyətə açıqlayacaq.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Google şirkəti kimlərin "evdə qal" xəbərdarlığına əməl edib-etmədiyini göstərmək üçün məkan, yer məlumatlarını açıqlayacağını bildirib.

Şirkət pandemiya ilə mübarizəyə dəstək üçün insanların haralara getdiyini göstərən hesabat yayacaq. Google coğrafi ərazilərə görə insanların hərəkətlərini izləyəcək və hesabat yayacaq.

Google şirkətinin hesabatlarında insanların haraya (marketlərə, apteklərə, parklara və yaxud iş yerlərinə) getdikləri və bu yerlərin nə qədər sıx olduğu öz əksini tapacaq.

Bildirilib ki, insanların yerləşdiyi məkanlar və ya onların şəxsiyyətini müəyyən etməyə yönələn bilgilər açıqlanmayacaq.

 

Xəbər lenti
0