CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bir, bir, qəbul..." - xüsusi maraqlı adamları "sürpriz" gözləyir - VİDEO

CC0 / StockSnap / phoneMobil telefon
Mobil telefon - Sputnik Azərbaycan
Abunə olmaq
"Təkcə ötən gün 7 mindən artıq müraciət daxil olub. Saç kəsimi ilə məşğul olan şəxslər tərəfindən də müraciətlər daxil olur"

BAKI, 4 aprel — Sputnik. Aprelin 5-dən etibarən icaze.e-gov.az portalı ilə fəaliyyətinə rəsmi olaraq icazə verilən şəxslərin sərbəst hərəkətinə icazə veriləcək. Sputnik Azərbaycan bildirir ki, Bununla bağlı olaraq Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev ASAN RADİO-nun qonağı olaraq sualları cavablayıblar.

F.Cəfərov çağrı mərkəzinin fəaliyyəti haqda danışaraq bəzən onlara fəaliyyəti qadağa edilən sahələrlə bağlı müraciətlərin olunmasından söz açıb:

Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fariz Cəfərov sahibkarlar üçün icazə qaydalarını açıqlayır

"ASAN XİDMƏT-in 9108 çağrı mərkəzi gücləndirilmiş iş rejimində çalışır, operatorların sayı artırılıb. Hazırda bu operatorların sayı 40-dan çoxdur. Təkcə ötən gün 7 mindən artıq müraciət daxil olub. Saç kəsimi ilə məşğul olan şəxslər tərəfindən də müraciətlər daxil olur. Lakin qeyd edim ki, Nazirlər Kabinetinin qərarı ilə saç kəsimi salonlarının fəaliyyəti ümumilikdə məhdudlaşdırılır".

O bildirib ki, portalda qeydiyyatdan keçərək icazələrin alınması üçün yalnız NK qərarı ilə fəaliyyəti dayandırılmayan sahələr, qurumlarla bağlı müraciət edilməlidir. Qeyd edək ki, bu portal dövlət və özəl qurumlar tərəfindən icazələrin alınması üçün yaradılıb.

Bundan başqa, mərkəz direktoru gərək olmadan 8103 nömrəsinə müraciət edilməməsinin vacibliyini vurğulayıb: "Yalnız zərurət olduğu halda bu nömrəyə SMS-lə müraciət etmək lazımdır".

"Bu SMS-lərdən sui-istifadə edənlərlə bağlı zəruri tədbirlər görüləcək, onlar cəzalandırılacaqlar. Məsələn, kimsə SMS xidmətinin işləyib-işləməməsi üçün gərəksiz yerə mesaj yazarsa, yaxud da zarafat edərsə, bu zaman həmin şəxslərlə bağlı zəruri addımlar atılacaq", - deyə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev deyib.

Qeyd edək ki, vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb:

 

Xəbər lenti
0