BAKI, 3 aprel — Sputnik. İki saat müddəti vətəndaşın müraciət etdiyi vaxtdan yox, ona rəsmi icazənin verildiyi vaxtdan hesablanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.
Bundan başqa, o qeyd edib ki, ölkəmizdə müvəqqəti, yaxud da daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər isə bu zaman SMS məlumata daimi və ya müvəqqəti yaşamaq üçün onlara verilən sənədin seriya və nömrəsini daxil edirlər.
Agentlik rəsmisi qısa müddətdə çoxsaylı müracitələrin ola biləcəyini istisna etmir.