CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdən çıxmağa icazəsi olan şəxslərin avtomobilləri də yoxlanacaq

© Sputnik / Rahim MuradovRayonlararası postlar
Rayonlararası postlar - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin avtomobilin içərisində evdən çıxmasına icazə olmayan vətəndaş varsa, bu karantin qaydasının pozulması kimi qiymətləndiriləcək

BAKI, 3 aprel — Sputnik. "Karantin dövründə evdən çıxmalarına icazə verilən şəxslər öz şəxsi avtomobillərindən istifadə edə bilərlər. Amma həmin avtomobilin içərisində evdən çıxmasına icazə olmayan vətəndaş varsa, bu karantin qaydasının pozulması kimi qiymətləndiriləcək".

Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin rejimini pozan 10 nəfər həbs olunub, 3,5 min nəfər cərimə olunub

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib. O, bildirib ki, avtomobillərin saxlanılaraq yoxlanılması başqa qurumun səlahiyyətindədir: "Təbii ki, bütün avtomobilləri saxlayıb yoxlamaq mümkün deyil. Amma əgər aidiyyatı qurumun nümayəndələrinin avtomobilləri saxlayıb evdən çıxmağa icazənin olub-olmadığını yoxlamaq səlahiyyəti var. Bu zaman avtomobilin sürücüsü ilə yanaşı avtomobildə başqa sərnişin varsa, onun da sənədi yoxlanılır. Əgər sərnişinin evdən çıxma icazəsi yoxdursa, bu karantin qaydasının pozulması kimi qiymətləndirilərək inzibati tənbeh tədbiri görülür".

Qeyd edək ki, bu gün "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"nin təqdimatı olub. Bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib. Bildirilib ki, sistem "ASAN xidmət"in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib. Sistemdən istifadə qaydaları ilə əlaqədar suallarla bağlı vətəndaşlar "ASAN xidmətin" 9108 Çağrı mərkəzinə müraciət edə bilərlər.

Artıq bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az" portalında yerləşdirilməsinə başlanılıb. Portal artıq saat 10:00-dan etibarən işə düşüb. Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən "icaze.e-gov.az"a daxil etməlidirlər.

Xəbər lenti
0