CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamımızın ağzını bağlayacaqlar – Bir bəladan qurtulmaq şansımız yaranıb

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Çıxış yolu kimi insanların özünə və yaxınlarına maska hazırlamasına gəldikdə, bu, heç maska taxmamaqdan daha yaxşıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Koronavirus (COVİD-19) panepidemiyasının Azərbaycanda yayılması bütün dünyada olduğu kimi ölkəmizdə də tibbi maska qıtlığına səbəb olub. Bizim digər ölkələrdən fərqimiz isə tam olaraq idxaldan asılı olmağımızdır.

Тест на коронавирус - Sputnik Azərbaycan
RUSİYA
Rusiya yeni koronavirus test sisteminin istehsalına başlayır

Tibbi maska taxmayanların cərimələnməsi ilə bağlı yeni qaydalar isə əhali arasında təşviş yaradıb. Artıq maska çatışmazlığı bəzi şəxsləri hərəkətə keçirib. İndi müxtəlif şəxslər evlərində tibbi maska hazırlamaqla problemdən çıxış yolu axtarırlar. Amma bu ağır günlərdə əhaliyə verilən xoş xəbərlərdən biri də ölkəmizdə maska istehsalına başlanması ilə bağlı məlumatdır. Artıq bunu yerli tikiş müəssisələri həyata keçirəcək.

Sputnik Azərbaycan tikiş müəssisələrində tibbi maska istehsalının nə dərəcədə mümkünlüyünü araşdırıb.

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəhbəri Etibar Əzimov açıqlamasında bildirib ki, hazırda BTE öz fəaliyyətini dayandırıb. Amma E.Əzimov tikiş müəssisələrinin tibbi maska istehsal etmək imkanının olduğunu deyir: "Hazırda bizim müəssisə işləmir. Amma məndə olan məlumatlara görə, artıq bir neçə tikiş müəssisəsinə tibbi maska istehsalı ilə məşğul olmaq üçün göstəriş verilib. Bizdə hazırda maska istehsal olunmur. Amma tikiş müəssisələrinin tibbi maska istehsal etməyə şəraiti var. Bunun üçün əsas xammal lazımdır".

Həmsöhbətimiz deyir ki, hər parçadan tibbi maska istehsal etmək mümkün deyil: "Tibbi maska toxunmayan materialdan hazırlanır. Bu material isə bizdə istehsal olunmur. Bizə mütləq tibbi maskanın xammalı xaricdən gətirilməlidir. Tibbi maskanı tikmək üçün xüsusi tikiş maşınları var. Amma tikişdə istifadə edilən digər tikiş maşınları ilə də maska tikmək mümkündür. Bunun üçün əsas vacib məsələ xammaldır. Toxunmayan material olarsa, tibbi maskaları əksər tikiş müəssisələri istehsal edə bilər".

Mütəxəssislər isə tibbi maska istehsalının kortəbii istehsalının düzgün olmadığını bildirirlər. Əczaçı Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maska çatışmazlığının əsas səbəbi apteklərə maskanın az sayda verilməsidir: "Əvvəllər hər aptek həftədə ən yaxşı halda 100 maska satardı. Amma indi 100 maska 1 saata da çatmır. Tələbat çoxdur, təklif isə aşağıdır. Odur ki, insanlar tibbi maska çatışmazlığı ilə üzləşiblər. O ki qaldı çıxış yolu kimi insanların özünə və yaxınlarına maska hazırlamasına, bu, heç maska taxmamaqdan yaxşıdır. Maska xüsusi materialdan hazırlanır. Bu xüsusi materialın üstünlüyü ondadır ki, məsamələr geniş olur. Bu da asan tənəffüsə imkan yaradır. Amma vətəndaşların özlərinin parçadan hazırladığı maskaların belə üstünlüyü yoxdur. Adi parçaların məsamələri sıxdır. Bu da tənəffüsə mane yaradır. Ona görə də, hər kəs tibbi maskadan istifadə etməyə üstünlük verir".

E.Hüseynov deyir ki, tibbi maskalar iki cür istehsal olunur: "Tibbi maska steril və qeyri steril olur. Steril maskalar xüsusi paketlərdə qablaşdırılır və ancaq cərrahiyyədə istifadə edilir. Digər maska isə açıq satılır. Amma bu o demək deyil ki, bu maskaların istehsalında gigiyena tələb olunmur. Maska ağıza taxılır, ağızla təmasda olur. Ona görə bu maskaların da hazırlanmasında gigiyenik tələbi qorumaq lazımdır".

Ноги влюбленной пары на кровати - Sputnik Azərbaycan
SƏHİYYƏ
Çoxlarını maraqlandıran suala cavab gəldi: Koronavirus cinsi yolla ötürülür

Əczaçı yaxın günlərdə ölkəmizdə maska çatışmazlığına son qoyulacağını bildirib. Onun sözlərinə görə, iki həftəyə yerli istehsal olan tibbi maskalar satışa buraxılacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov da tibbi maska çatışmazlığı məsələsinə toxunub. O bildirib ki, Azərbaycana ötən gecə tibbi maska istehsalı üçün xammal gətirilib. Onun sözlərinə görə, bir müddət bundan əvvəl dövlət orqanları maska istehsalını təşkil etmək üçün tədbirlər görüb: "Bu sahədə irəliləyiş var. Maskaların istehsalı üçün avadanlıqların böyük hissəsi quraşdırılıb. Dünən gecə xammal gətirilib. Tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var. Bir müddət dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb ki, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün deyil. Artıq Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb. Aprelin ilk həftəsində bu işlər başa çatıb. Avadanlıqların əksəriyyəti qurulub. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq. İlk dövrdə gündə 70-80 min ədəd gücü ilə olacaq, sonra gündəlik istehsal 200 min ədədə çatdırılacaq".

Xəbər lenti
0