CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yalnız bu hallarda icazəsiz çıxa biləcəksiniz, amma...

© Sputnik / Irade JELILBakıda xüsusi rejim
Bakıda xüsusi rejim - Sputnik Azərbaycan
Abunə olmaq
: Artıq 6 min 500 əməkdaşın qeydiyyatı həyata keçirilib. Bu portal vasitəsilə 3 min 500-dək təşkilat, dövlət orqanları əməkdaşlarının qeydiyyatına başlayıb

BAKI, 3 aprel — Sputnik. "Xüsusi bir hal yaranarsa, Təcili və Təxirəsalınmaz Tibbi Yardıma ehtiyac olarsa, həyati təhlükə yarandığı halda, vətəndaş məhkəmə və ya hüquq-mühafizə orqanlarına çağrıldıqda bu zaman vətəndaşlar icazə sisteminə müraciət etmədən həmin qurumlar tərəfindən onlara göndərilən arayışı, çağırışı təqdim etməklə yaşadıqları yeri tərk edə bilərlər". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

O bildirib ki, vətəndaşlar hər hansı problem və anlaşılmazlıqla bağlı olaraq isə 9108 çağrı mərkəzinə müraciət edə bilərlər.

Agentlik rəsmisinin sözlərinə görə, artıq 6 min 500 əməkdaşın qeydiyyatı həyata keçirilib. Bu portal vasitəsilə 3 min 500-dək təşkilat, dövlət orqanları əməkdaşlarının qeydiyyatına başlayıb.

Xəbər lenti
0