CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xətai rayonunun sakinləri sevinəcək

© Azerbaijan Highway State AgencyXətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur
Xətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur - Sputnik Azərbaycan
Abunə olmaq
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

BAKI, 3 aprel — Sputnik. Xətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqurma işlərinə Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrindən başlanılıb: "Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri davam etdirilir".

© Azerbaijan Highway State Agency
Xətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur - Sputnik Azərbaycan
1/3
© Azerbaijan Highway State Agency
Xətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur - Sputnik Azərbaycan
2/3
© Azerbaijan Highway State Agency
Xətai rayonunda Məzahir Rüstəmov və İngilab İsmayılov küçələri yenidən qurulur - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Onun sözlərinə görə, bütün işlər mövcud "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbər lenti
0