CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda xüsusi karantin rejiminə nəzarət gücləndirilib

© Sputnik / Rahim MuradovMasallıda vəiyyət, 02.04.2020
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və gigiyenik normalara ciddi əməl etmələri tövsiyə edilir.

BAKI, 3 aprel — Sputnik. Masallıda koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsi nəzərə alınaraq tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb. Eyni zamanda polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində və digər ərazilərdə postlar qurulub. Operativ nəqliyyat vasitələri, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə şəhər və kəndlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılır, vətəndaşlar qaydalara riayət olunmasına dəvət edilir, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilir.

Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və gigiyenik normalara ciddi əməl etmələri tövsiyə edilir.

Həmçinin polis əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və fəaliyyətləri dayandırılıb.

Masallı RPŞ-nin əməkdaşları eyni zamanda tənha yaşayan, çoxuşaqlı və aztəminatlı ailələrə də mütəmadi baş çəkir, onlara ərzaq yardımı edilir. Sonuncu bu cür tədbir zamanı rayonun müxtəlif ərazilərində yaşayan 10 ailəyə ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Xəbər lenti
0