CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantində əməkdaşları məhdud sayda işə cəlb edilməli olan qurumların sayı artıb

© AFP 2024 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə" 2020-ci il 31 mart tarixli 122 nömrəli qərarında dəyişiklik edib.

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı"na daxil edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə" 2020-ci il 31 mart tarixli 122 nömrəli qərarında dəyişiklik edib.

Eyni zamanda Nazirlər Kabineti "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, "Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı"na aşağıdakı qurumlar daxil edilib:

- Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

- Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

- "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "AzInTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti

- Dövlət Avtomobil Nəqliyyatı Xidməti

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

- "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "AzerFon" Məhdud Məsuliyyətli Cəmiyyəti

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

- Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

- Yanacaqdoldurma məntəqələri

Xəbər lenti
0