CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər hansı halda sərbəstdirlər - Agentlik bu məsələyə aydınlıq gətirdi

© AFP 2024 / YASIN AKGULЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
KİV, yaxud da icazə verilən qurumların əməkdaşları market, aptek və vəzifə səlahiyyətlərindən kənar olaraq digər yerlərə getdikdə, bu zaman digər şəxslər kimi SMS icazə almalıdırlar

BAKI, 3 aprel — Sputnik. "Kütləvi informasiya vasitələrinin əməkdaşları ilə bağlı onu qeyd edim ki, onlar rahat şəkildə hərəkət edə bilərlər, buna görə, icazə almağa ehtiyac yoxdur. Amma onu qeyd edim ki, fəaliyyətinə icazə verilən şəxslər, o cümlədən də jurnalistlər də yalnız iş və vəzifə səlahiyyətləri çərçivəsində sərbəst hərəkət edə biləcəklər". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

Agentlik rəsmisi vəzifə səlahiyyətlərinə daxil olmayan digər işlərə görə müxtəlif ünvanlara getmək üçün icazənin alınmasından danışır: "Lakin KİV, yaxud da icazə verilən qurumların əməkdaşları market, aptek və vəzifə səlahiyyətlərindən kənar olaraq digər yerlərə getdikdə, bu zaman digər şəxslər kimi SMS icazə almalıdırlar. Yalnız icazə mesajı verildikdən sonra şəxs evi tərk edə bilər".

Xəbər lenti
0