İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 3 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər vəzifəyə təyinat olub.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, nazirliyin yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Hikmət Əlizadə təyin edilib. Yeni təyinatı Nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.
O əlavə edib ki, H.Əlizadə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.