CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN əlcək və maskaya görə cərimə məsələsinə aydınlıq gətirdi

© Sputnik / Irade JELILBakıda xüsusi rejim
Bakıda xüsusi rejim - Sputnik Azərbaycan
Abunə olmaq
O əlavə edib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur.

BAKI, 3 aprel — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Belə ki, polis əməkdaşları vətəndaşları saxlayıb onlara sağlamlıqlarını qorumaq üçün maska və əlcəkdən istifadə etməyi tövsiyə edir.

O əlavə edib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur.

Xəbər lenti
0