Azərbaycana müxtəlif ölkələrdən gələnlərin sayı açıqlandı - Artım var

© Depositphotos.com / 3dmentatЗал ожидания в аэропорту, фото из архива
Зал ожидания в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizə 2020-ci ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2,0 dəfə) və Hindistandan (1,8 dəfə) olub

BAKI, 3 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 28,7 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 6,2 faizi İran, hər birindən 2,6 faiz olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6 faizi Küveyt, 1,5 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Türkmənistan və İraq, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla İsrail və Özbəkistan, 7,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3 faizini kişilər, 27,7 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2020-ci ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2,0 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5 faiz), Moldova (30,7 faiz), Qazaxıstan (27,7 faiz), Özbəkistan (26,2 faiz), İran (24,9 faiz), Rusiya Federasiyası (21,7 faiz), Almaniya (20,4 faiz), Ukrayna (18,3 faiz) və Pakistan (17,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 faiz artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2 faiz artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4 faiz artaraq 62,2 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,0 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 1,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2 faiz artaraq 820,6 min nəfər olub. Ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər ediblər. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xəbər lenti
0