FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Masallı karantində: spirt də, maska da, ərzaq da sakinlərin ayağına gəlir

Abunə olmaq
"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 2 aprel - Sputnik. Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.

Sputnik Azərbaycan bildirir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatik söhbətlər apararaq yaşadıqları ünvana qaytarırlar. Bir daha izah edirlər ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Bu gün də reyd zamanı polislər küçələrdə sakinləri saxlayaraq qaydalara əməl etmələrini rica edib, aptekə gedənləri isə spirt və tibbi maska ilə təmin ediblər.

"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri isə şəhər ərazisində bir qrup sakinə tibbi maska və spirt paylayıb, gigiyena qaydalarına riayət olunmasının vacibliyini çatdırıblar.

Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməkə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq Masallı rayonu ərazisində qurulmuş postlarda da avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
1/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallı karantində - Sputnik Azərbaycan
2/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
İmkansız şəxsə kömək, arxiv şəkli - Sputnik Azərbaycan
3/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
4/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
5/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
6/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
7/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
8/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
9/10
Masallı karantində
© Sputnik / Rahim MuradovMasallı karantində
Masallıda vəiyyət, 02.04.2020 - Sputnik Azərbaycan
10/10
Masallı karantində
Xəbər lenti
0