İtaliyada "COVID-19" qurbanlarının sayı daha çoxdur – iddia

© REUTERS / MASSIMO PINCAСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
"Adətən bu qədər insan eyni zamanda ölmür. Bu, koronavirusdur", - Breşiya şəhərindən olan həkim deyib.

BAKI, 2 aprel — Sputnik. İtaliyada koronavirus qurbanlarının sayı daha çox ola bilər, çünki ölkədə ölənlərin hamısı müvafiq testdən keçirilməyib. Sputnik Azərbaycan xəbər verir ki, belə bir iddianı "The Wall Street Journal" nəşri yayıb.

"Ölənlər rəsmən elan olunduğundan daha çoxdur. Amma bu, ittiham deyil. İnsanlar vəfat ediblər, onlar vaxt və resurslar məhdud olduğundan heç vaxt yoxlanılmayıblar", - İtaliyanın Kokkalyo şəhər merinin müavini Eugenio Fossati bəyan edib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
İtaliyada "COVID-19" xəstəliyindən "qəribə" ölüm hadisələri baş verir

Qəzet qeyd edir ki, koronavirus testi əsasən simptomları olan insanlar ilə məhdudlaşır, lakin simptomları olmayan insanlar testdən keçmirlər.

"Ölənlərin və testdən keçməyənlərin çoxu yaşlı insanlardır, lakin adətən bu qədər insan eyni zamanda ölmür. Bu, koronavirusdur", - Breşiya şəhərindən olan həkim Eleonora Kolombi bildirib.

Koronavirusun yayılmasına görə İtaliya Avropada birinci yeri tutur. Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrellinin çərşənbə axşamı açıqladığı son rəsmi məlumatlara görə, İtaliyada artıq 110 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb, 17 minə yaxın xəstə sağalıb, ölənlərin sayı 13155 nəfər təşkil edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 820 mindən çox yoluxma faktı qeydə alınıb, 40 mindən çox insan dünyasını dəyişib.

 

Xəbər lenti
0