CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Sui-istifadə halları müəyyən edilərsə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək. Çünki bu, karantin rejiminin qaydalarının pozulması deməkdir

 

BAKI, 2 aprel — Sputnik. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciətlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Военнослужащие внутренних войск на центральных улицах в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu QAYDAlar aprelin 5-dən işə düşür: evdən çıxmadan öncə bilməlisiniz

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O, xəbərdarlığında 8103 SMS nömrəsinə yanlış məlumatlar verənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını xatırladıb:

“Vətəndaşlar bu SMS xidmətinə bilərəkdən yanlış məlumatlar vermək, aidiyyatı olmayan məzmunlu SMS-lər göndərməkdən çəkinsinlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur. Ona görə də sui-istifadə halları müəyyən edilərsə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək. Çünki bu, karantin rejiminin qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati və cinayət məsuliyyətinə səbəb olacaq hallardır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.

Xəbər lenti
0