CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün avtobusların salonları yoxlanılır: axtardıqları virus deyil

© Baku Transport Agency"İsuzu Novociti" markalı avtobuslar
İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
"Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar"

BAKI, 2 aprel — Sputnik. Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfərdir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14550 nəfər olub: "Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik. Sərnişinlərdən ricamız odur ki, Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar. Bütün avtobusların salonları yoxlanılır".

Xəbər lenti
0