CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhv edəndən öncə dəyərsiz sayırdı, başına bəla açdı

© pixabay / PixalineAğac kəsimi, arxiv şəkli
Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib

 

BAKI, 2 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0