CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstələrin Bakıya gətirilməsi üçün qaydalar hazırlanır

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin xəstələrin bölgələrdən Bakıya gətirilməsi, müalicə olunmasına və geri qaytarılmasına lazımi şərait yaradılacaq"

BAKI, 2 aprel — Sputnik. "Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, hazırda bununla bağlı xüsusi qaydalar hazırlanır: "Onkoloji, qan xəstələri və digər ağır xəstələrin gətirilməsi üçün sənəd hazır olmaq üzrədir. Yaxın vaxtlarda bu barədə qərar elan olunacaq. Həmin xəstələrin bölgələrdən Bakıya gətirilməsi, müalicə olunmasına və geri qaytarılmasına lazımi şərait yaradılacaq".

Xəbər lenti
0