BAKI, 2 aprel - Sputnik. Türkiyədə koronavirusa yoluxan xəstələrdən 82-si sağalıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Səhiyə naziri Fahrettin Koca Twitter səhifəsində yazıb.
"Dünənlə müqayisədə test sayı 4000 qədər artdı. Müsbət nəticələr isə faizlə götürəndə azalıb. 82 xəstəmiz sağalıb. Son 24 saat ərzində həyatını itirən xəstələrin 82%-nin yaşı 60-dan yuxarı olub", - deyə nazir bildirib.
Test sayımız düne göre 4.000’in üstünde artış gösterdi. Test sayısına oranla pozitif vaka sayımız ise azaldı. İyileşen 82 yeni hastamız var. Son 24 saat içinde kaybettiğimiz hastaların %82’sinin 60 yaşını aşmış kişiler olması yine dikkat çekici.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) April 2, 2020
🔍 https://t.co/RVlhe7786O pic.twitter.com/hQ1wSitTIQ
Türkiyədə koronavirusa yoluxanların sayı ümumilikdə 18135-ə, ölənlərin sayı 356-ya çatıb, onlardan 79-u bu gün dünyasını dəyişib. 1101 nəfər reanimasiyadadır, 415 adam isə sağalıb.